`RoyalBank`ın sabiq filial müdirinin məhkəməsidir


00:54     28 Sentyabr 2017 mehkeme%20(1)11.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində lisenziyası ləğv edilən "RoyalBank” ASC-nin 5 saylı filialının sabiq müdiri Natiq Bayramov və filialın sabiq xəzinədarı Rövşən Qasımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Femida.az -ın xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, hər iki şəxs banka məxsus 44 min manat məbləğində pulu mənimsəməkdə ittiham edilir. N. Bayramov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə: külli miqdarda olduqda), R. Qasımov barəsində isə 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 658